...

Türkiyədə Yeni ildə terror aktı planlaşdıran İŞİD üzvü saxlanılıb (FOTO)

Dünya xəbərləri Materials 26 Dekabr 2025 12:40 (UTC +04:00)
Türkiyədə Yeni ildə terror aktı planlaşdıran İŞİD üzvü saxlanılıb (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə xüsusi xidmət orqanları Yeni il bayramı ilə bağlı kütləvi tədbirdə terror aktı törətməyi planlaşdıran İŞİD üzvünü həbs edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, İbrahim Burtakuçin adlı həmin şəxs polis və əks-kəşfiyyat idarəsi əməkdaşlarının Malatya şəhərində birgə keçirdiyi əməliyyatın gedişində saxlanılıb.

Ünvanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı adı çəkilən şəxsə aid İŞİD təbliğatına aid rəqəmsal materiallar və qadağan olunmuş nəşrlər aşkarlanıb. Müsadirə olunan materiallar arasında İŞİD-ə aid proqram təminatları, İŞİD bayrağı ilə bağlı görüntürlə, həmçinin İŞİD sıralarına qoşulmağa təşviq edən təbğliğat xarakterli audifayllar və s. əyani sübutlar yer alır.

Xatırladaq ki, dekabrın 25-də İstanbul polisi bayram günlərində ölkədə terror aktları planlaşdırmaqda şübhəli bilinən 115 nəfəri saxlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti