...

Qarabağ Universitetinin yeni Biznes və İqtisadiyyat fakültəsində 505 tələbə 7 ixtisas üzrə təhsil alacaq

Cəmiyyət Materials 25 Dekabr 2025 16:21 (UTC +04:00)
Qarabağ Universitetinin yeni Biznes və İqtisadiyyat fakültəsində 505 tələbə 7 ixtisas üzrə təhsil alacaq
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Qarabağ Universitetinin yeni açılan Biznes və İqtisadiyyat fakultəsində 505 tələbə 7 ixtisas üzrə təhsil alacaq.

Bu fikirləri Trend-in bu gün Xankəndinə ezam olunan əməkdaşına Biznesə və İqtisadiyyat fakultəsinin dekanı Kamran Məlikov açıqlamasında bildirib.

Onun sözlərinə görə, Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsi müasir akademik mühitin formalaşdırılması istiqamətində əsas struktur bölmələrdən biridir:

"Fakültədə hazırda 20 professor – müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 505 tələbə bakalavriat səviyyəsində 7 ixtisas - maliyyə, mühasibat uçotu, dövlət və bələdiyyə idarəetməsi, iqtisadiyyat, menecment, beynəlxalq ticarət və logistika, turizm işinin təşkili üzrə təhsil alır. Tədris binasında 40 auditoriya, kitabxana, oxu və akt iclas zalları, kompüter laboratoriyaları, inzibati otaqları mövcuddur. Yaradılmış şərait pedaqoji potensialının gücləndirilməsinə, tələbələrin bilik və bacarıqlarının inkişafına, əmək fəaliyyətlərin genişləndirilməsinə imkan yaradacaq".

O qeyd edib ki, Biznes və İqtisadiyyat fakültəsinin yeni tədris binasının istifadəyə verilməsi universitetdə müasir səviyyədə formalaşdırılması istiqamətində atılan mühüm addımlardan biridir.

Qeyd edək ki, hazırda Qarabağ Universitetində 34 ixtisas üzrə 7 fakültədə 2154 tələbə təhsil alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti