...

Benfika və Boka Xuniors dünya çempionatının ilk turunda bərabərə qalıb (ƏLAVƏ OLUNUB)

İdman Materials 17 İyun 2025 08:30 (UTC +04:00)
Benfika və Boka Xuniors dünya çempionatının ilk turunda bərabərə qalıb (ƏLAVƏ OLUNUB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Klublararası dünya çempionatının qrup mərhələsinin ilk turu çərçivəsində Portuqaliyanın "Benfika" və Argentinanın "Boka Xuniors" komandaları arasında keçirilən qarşılaşma bərabərliklə başa çatıb – 2:2.

Trend xəbər verir ki, qarşılaşma ABŞ-nin Florida ştatının Mayami-Qardens şəhərində yerləşən stadionda baş tutub.

Argentinanın təmsilçisindən qolları Migel Merentiel (21-ci dəqiqə) və Rodriqo Battaglia (27) vurublar. "Benfika" isə hesabı Anxel Di Mariyanın penalti zərbəsi (45+3) və Nikolas Otamendinin 84-cü dəqiqədə vurduğu qolla bərabərləşdirib.

Oyunda iki qırmızı vərəqə qeydə alınıb: "Benfika"nın italiyalı hücumçusu Andrea Belotti 72-ci dəqiqədə, "Boka Xuniors"un müdafiəçisi Nikolas Fiqal isə 88-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Günün digər oyununda Braziliyanın "Flamenqo" klubu Tunisin "Esperans" komandasına 2:0 hesabı ilə qalib gəlib.

Flamenqonun heyyətində Gorgian De Arraskaeta (17) və Luiz Arauxo (70) fərqləniblər.

XXX

01:53

Londonun “Çelsi” klubu klublararası dünya çempionatının ilk oyununda “Los Anceles FC”ni 2:0 hesabı ilə məğlub edib.

Trend xəbər verir ki, Konfrans Liqasının son qalibi olan “Çelsi” hər hissədə bir qol vuraraq amerikalı rəqibini üstələyib. Komandanın qollarını Pedro Neto və Entso Fernandes vurublar.

Qeyd edək ki, qrupun digər oyununda “Flamenqo” ilə “Esperanse Tunis” qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti