Bakı. Trend:
İsrailin İranın qərbinə etdiyi hava hücumlarından sonra Kirmanşah şəhərində dörd partlayış baş verib.
Trend xəbər verir ki, bu barədə İranın “Fars” dövlət agentliyi məlumat yayıb.
Məlumata görə, hücumun hədəfi Kirmanşahın Dizelabad rayonunda yerləşən yük avtomobilləri salonu olub. Hadisə nəticəsində azı bir nəfər xəsarət alıb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.