Bakı.Trend:
25 avqust 1925-ci ildə anadan olan qadın 18 dekabr 1986-cı il tarixində vəfat edib və həmin tarixdə də dəfn edilib. Lakin bu günə qədər onun ölüm faktı qeydə alınmayıb və ölüm haqqında şəhadətnamə verilməyib.
Trend-in məlumatına görə, vəfat edən qadın Yevlax şəhəri, C.Cabbarlı küç., bina 5, m. 15 ünvanında yaşayıb. Həmin ünvanda da vəfat edib.
Belə ki, vəfat edən qadının oğlunun müraciətinə əsasən, ölümü təsdiq sənəd olmadığı üçün müvafiq orqandan ona ölüm haqqında şəhadətnamə verilməyib və məhkəməyə müraciət etməsi tövsiyyə olunub. Ona görə də o, bu faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün müraciət edib.
Yevlax rayon Məhkəməsinin qərarı ilə qadının 1986-cı il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilib.