Bakı. Trend:
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 46 yaşlı Kamandar İbrahimov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi 29 ədəd çətənə kolu aşkar olunub.
Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini və qazanc əldə etmək məqsədilə əkdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, K.İbrahimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.