...

Qırğızıstan vətəndaşları İrandan Azərbaycana təxliyə edilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 15 İyun 2025 17:54 (UTC +04:00)
Qırğızıstan vətəndaşları İrandan Azərbaycana təxliyə edilib (FOTO/VİDEO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan İrandan əcnəbi vətəndaşların təxliyəsi üçün yardım göstərməkdə davam edir.

Trend-in məlumatına görə, Qırğızıstan vətəndaşları da Astara sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycan sərhədini keçiblər.

Raket zərbələri zamanı Tehranda olan 7 Qırğızıstan vətəndaşı quru sərhədindən Azərbaycana təxliyə edilib. Qalanları isə son bir neçə saat ərzində gəlib.

Ümumilikdə 28 nəfər - həm diplomatik missiyanın əməkdaşları, həm də onların ailə üzvləri təxliyyə edilib.

Qeyd olunur ki, bir sıra xarici dövlətlər Azərbaycan hökumətindən öz vətəndaşlarının İrandan təxliyəsi və Azərbaycan ərazisindən tranzitlə vətənlərinə daşınmasına köməklik göstərməyi xahiş ediblər.

Xəbər lenti

Xəbər lenti