Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) İranın nüvə layihəsinin doqqu aparıcı alim və ekspertini zərərsizləşdirib.
Trend xəbər verir ki, bu barədə IDF-in rəsmi Telegram- kanalında məlumat yayılıb.
“Zərərsizləşdirilən bütün alim və ekspertlər İranın nüvə layihəsində vazib bilik mərkəzləri idilər və nüvə silahının hazırlanmasında onilliklərə bərabər təcrübəyə malik idilər”, - bəyanatda qeyd olunur.
IDF-in məlumatına əsasən, hava zərbələri zamanı nüvə enerjisi sahəsində ekspertlər Fereydun Abbasi və Əhməd Rza Zolfəqari Daryani, fiziklər Məhəmməd Mehdi Tehranşi, Əmir Həsən Fəhhahi və Mənsur Əsgəri, həmçinin kimyəvi maşınqayırma üzrə mütəxəssis Əkbər Motalebi Zadə zərərsizləşdirilib.
Bundan əlavə, materialşünaslıq üzrə ekspert Səid Bərci, reaktor fizikası üzrə mütəxəssis Əbdülhəmid Minuşehr və mexanika üzrə ekspert Əli Bahuvey Katimiri də hücumlar nəticəsində həlak olub.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə 150-dən çox ballistik raket və 100-dən çox pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.