...

Sabiq "Barselona"lı futbolçu "Selta" klubu ilə müqavilə imzalayıb

İdman Materials 15 İyun 2025 23:59 (UTC +04:00)
Sabiq "Barselona"lı futbolçu "Selta" klubu ilə müqavilə imzalayıb

Bakı. Trend:

İlayş Moriba ötən mövsüm icarə əsasında "Selta" klubu ilə müqavilə imzalayıb.

Trend xəbər verir ki, İspaniya klubu yarımmüdafiəçini "Leypsiq"dən transfer etdiyini rəsmən açıqlayıb və onunla 2029-cu ilə qədər müqavilə bağlandığını açıqlayıb.

İnsayder Florian Plettenberqin məlumatına görə, "Selta" 22 yaşlı "Barselona" akademiyası yetirməsi üçün 6 milyon avro ödəyəcək.

Qeyd edək ki, Moriba ötən La Liqa mövsümündə "Selta"nın heyətində 33 oyun keçirib və 1 qol vurub.

Xəbər lenti

Xəbər lenti