...

2026-cı ildə daha bir beynəlxalq idman yarışı Azərbaycanda keçiriləcək

İdman Materials 14 İyun 2025 12:34 (UTC +04:00)
2026-cı ildə daha bir beynəlxalq idman yarışı Azərbaycanda keçiriləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 13-də Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Konqresində keçirilən səsvermədə Azərbaycan Qış İdmanı Növləri Federasiyasının FIS-ə tam üzvlüyü qəbul edilib.

Trend xəbər verir ki, Azərbaycan Qış İdmanı Növləri Federasiyası tərəfindən 2026-cı ildə Moqul üzrə Dünya Kubokunun final mərhələsinin Azərbaycanda keçirilməsi ilə bağlı FIS-ə ünvanladığı müraciət müsbət qarşılanıb.

Əldə olunan nəticəyə əsasən, FIS tərəfindən yarışın “Şahdağ” Turizm Mərkəzində keçirilməsinə dair qərar qəbul edilib və yarış beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Dünya Kubokunun 2026-cı ilin 14-15 mart tarixlərində “Şahdağ” Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti