Bakı. Trend:
Vyetnamın mərkəzi bölgəsində “Vutip” tropik qasırğasının səbəb olduğu daşqınlar nəticəsində azı 9 nəfər həyatını itirib, 2 nəfər isə itkin düşüb.
Trend xəbər verir ki, bu barədə “VnExpress” xəbər portalı məlumat yayıb.
Təbii fəlakət nəticəsində mərkəzi rayonlarda 3,500-dən çox ev su altında qalıb, 88 min hektara yaxın çəltik və digər kənd təsərrüfatı sahələri məhv olub.
Vyetnamın Bəndlərin İdarə Edilməsi, Fəlakətlərin Qarşısının Alınması və Nəzarət Departamenti daha əvvəl daşqın zonalarından 2,400-dən çox sakinin təxliyə edildiyini açıqlayıb. Hazırda axtarış-xilasetmə və bərpa işləri davam etdirilir.