...

Azərbaycan badmintonçuları Venesuelada iki gümüş medal qazanıb

İdman Materials 15 İyun 2025 13:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan badmintonçuları Venesuelada keçirilən “Future” seriyalı beynəlxalq turnirdə uğurlu çıxış edərək iki kateqoriya üzrə gümüş medal əldə ediblər.

Trend xəbər verir ki, Ülvi Hüseynov kişilərin şəxsi yarışında Venesuela, Braziliya və Meksika təmsilçilərini məğlub edərək finala yüksəlib. Həlledici qarşılaşmada isə o, İngiltərə badmintonçusuna uduzub və turniri gümüş medalla başa vurub.

Qarışıq qoşa kateqoriyasında Ülvi Hüseynov və Leyla Camalzadə tandemi Venesuela və Meksika duetlərini üstələyərək finala adlayıb. Finalda isə Meksika təmsilçilərinə məğlub olan cütlüyümüz ikinci yeri tutub.

Qeyd edək ki, badmintonçularımız daha əvvəl Venesuelada keçirilmiş açıq turnirdə üç kateqoriya üzrə qızıl medal qazanıblar.

Xəbər lenti

Xəbər lenti