...

Referendum keçirilsə, Rumıniya ilə birləşməyə səs verərdim - Moldova Prezidenti

Dünya xəbərləri Materials 12 Yanvar 2026 19:22 (UTC +04:00)
Referendum keçirilsə, Rumıniya ilə birləşməyə səs verərdim - Moldova Prezidenti
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moldova Prezidenti Maya Sandu bildirib ki, ölkədə Rumıniya ilə birləşmək üçün referendum keçirilsə, o, bu təşəbbüsün lehinə səs verərdi.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə “The Rest Is Politics” podkastında çıxışı zamanı danışıb.

Prezidentin sözlərinə görə, mövcud beynəlxalq şəraitdə kiçik dövlətlər üçün suverenliyi və demokratik idarəetməni qoruyub saxlamaq getdikcə daha çətinləşir. O, Moldovanın üzləşdiyi qeyri-sabit beynəlxalq mühitə və mürəkkəb xarici çağırışlara diqqət çəkib.

Sandu qeyd edib ki, regional və qlobal proseslər fonunda Moldova öz təhlükəsizliyini və gələcəyini təmin etmək üçün müxtəlif ssenariləri müzakirə etməyə məcburdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti