...

Avstraliya İran səfirini ölkədən çıxardı

Dünya xəbərləri Materials 12 Yanvar 2026 19:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliya İran səfirini ölkədən çıxarıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avstraliyanın Baş naziri Entoni Albanize deyib.

Baş nazirin buna səbəb kimi “İran rejiminin dağıdıcı beynəlxalq fəaliyyəti”, eləcə də "repressiyalar zamanı ölənlərin sayı ilə bağlı rəsmi məlumatların etibarlılığına dair ciddi şübhələri" göstərib.

Albanize İranı hakimiyyətlə əlaqəli strukturların Avstraliya ərazisində diversiya xarakterli hücumların planlaşdırılması və həyata keçirilməsində iştirakda itiham edib. Onun sözlərinə görə, bu cür fəaliyyətlər ölkənin milli təhlükəsizliyi üçün birbaşa təhdid yaradır.

Rəsmi Kanberra vurğulayıb ki, İranın bu addımları Avstraliyanın təhlükəsizlik maraqları ilə uzlaşmır və diplomatik münasibətlərə ciddi zərbə vurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti