Bakı. Trend:
Türkiyənin "Beşiktaş" klubunda ayrılıq yaşanıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul nəhəngi David Yuraşeklə yollarını ayırıb.
Çexiyalı sol cinah müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Beşiktaş" David Yuraşeki mövsümün əvvəlində "Benfika"dan icarəyə götürmüşdü. 25 yaşlı futbolçu "qara qartallar"In heyətində meydana çıxdığı 17 rəsmi matçda qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.