Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp İranla əməkdaşlıq edən bütün ölkələrə 25 faizlik gömrük rüsumlarının tətbiq olunacağını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"İran İslam Respublikası ilə əməkdaşlıq edən istənilən ölkə ABŞ ilə bütün növ əməliyyatlara 25% rüsum ödəyəcək", - deyə ABŞ prezidenti bildirib.
Tramp qərarın dərhal qüvvəyə mindiyini və yenidən baxıla bilməyəcəyini vurğulayıb.