...

İran XİN rəhbəri internet məhdudiyyətlərinin səbəbini açıqladı

Dünya xəbərləri Materials 12 Yanvar 2026 22:54 (UTC +04:00)
İran XİN rəhbəri internet məhdudiyyətlərinin səbəbini açıqladı

Bakı. Trend:

İranda internetə giriş məhdudiyyətləri etirazlar zamanı xarici koordinasiyalı terror əməliyyatları başladıqdan sonra tətbiq edilib.

Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"İnternetin bağlanması xaricdən gələn əmrlər əsasında terror əməliyyatlarına başlandığı zaman baş verib", - deyə o bildirib.

"NetBlocks" Beynəlxalq internet monitorinq xidmətinin məlumatına əsasən, İranda internetə çıxış 96 saatdan çoxdur ki, məhdudlaşdırılıb. 9 yanvarda İran Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi təhlükəsizlik orqanları tərəfindən məhdudlaşdırılan internet xidmətlərinin bərpası üçün tədbirlər gördüyünü açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti