Bakı. Trend:
"Mançester Siti" müdafiə xəttini gücləndirmək üçün hərəkətə keçib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, "şəhərlilər"in əsas hədəfi "Kristal Pelas"ın və İngiltərə millisinin mərkəz müdafiəçisi Mark Gehidir.
Məlumata görə, Mançester təmsilçisi artıq futbolçunun transferi ilə bağlı ilkin danışıqlara start verib. Lakin 25 yaşlı müdafiəçinin planları fərqlidir. Gehi yayda müqaviləsinin başa çatmasını gözləyərək azad agent statusu ilə klubunu dəyişmək niyyətindədir. Bu variant ona yeni komandası ilə daha sərfəli maliyyə şərtləri əldə etmək imkanı yaradır.
Bu fonda London klubu Gehininin hazıkı transferindən gəlir əldə etməyə maraq göstərir.
