Bakı. Trend:
ABŞ Nümayəndələr Palatasının üzvü Rendi Fayn (Florida ştatından respublikaçı) Vaşinqtonun Qrenlandiyanı ilhaq etməsinə imkan verən qanun layihəsini təqdim edib.
Trend-in məlumatına görə, bu barədə onun saytında dərc edilən bəyanatda bildirilib.
Bildirilib ki, ABŞ Prezidentinə "Qrenlandiyanın ilhaq edilməsi və ya başqa şəkildə ABŞ ərazisi kimi əldə edilməsi məqsədilə Danimarka Krallığı ilə danışıqlar aparmaq da daxil olmaqla, zəruri tədbirlər görmək" səlahiyyəti verilir. Qrenlandiyanın bundan sonra Amerika ştatı hesab ediləcəyi ehtimal edilir.
Onun sözlərinə görə, qanun layihəsi "Arktikada ABŞ-ın milli maraqlarını qorumaq və Çin və Rusiyadan gələn artan təhdidlərə qarşı durmaq" məqsədi daşıyır.