Bakı. Trend:
2025-ci ildə Ukraynada döyüşlərlə bağlı 2 514 mülki şəxs həyatını itirib, 12 142 nəfər isə yaralanıb. Bu göstərici 2024-cü illə müqayisədə mülki itkilərin 31% artması deməkdir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynada fəaliyyət göstərən BMT İnsan Hüquqları üzrə Monitorinq Missiyasının mülki əhaliyə dəyən zərərlərlə bağlı aylıq hesabatında bildirilib.
Açıqlamada qeyd olunub ki, missiya tərəfindən təsdiqlənən itkilərin böyük əksəriyyəti Ukrayna hökumətinin nəzarətində olan ərazilərdə qeydə alınıb. Ukrayna rəsmilərinin adətən BMT-nin statistik məlumatlarını etibarlı mənbə kimi qəbul etdiyi vurğulanıb.
