...

SOCAR qazma trestində yeni platformanı istifadəyə verib FOTO)

İqtisadiyyat Materials 12 Yanvar 2026 21:24 (UTC +04:00)
SOCAR qazma trestində yeni platformanı istifadəyə verib FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“Quality & Document Management System” (QDMS) platforması “Kompleks qazma işləri” trestində uğurla istifadəyə verilib.

Bu barədə Trend SOCAR-ın “Kompleks Qazma İşləri Tresti"nə istinadən xəbər verib.

Bildirilib ki, bu platforma SOCAR üzrə rəqəmsal keyfiyyət idarəetməsi yol xəritəsinin bir hissəsi olacaq.

Sözügedən platforma keyfiyyətə əminlik və nəzarət mexanizmlərinin şəffaf, izlənəbilən və standartlara uyğun şəkildə idarə olunmasını təmin edir.

Növbəti mərhələdə SOCAR üzrə istifadəçi əhatəsi mərhələli şəkildə genişləndiriləcəkdir. Bu cür platformaların tətbiqi SOCAR-da əməliyyat mükəmməlliyi, standartlaşdırma və davamlı təkmilləşmə hədəflərinə mühüm töhfə verməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti