Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp zəruri hesab etdiyi təqdirdə İrana qarşı hərbi güc tətbiq etməyə hazırdır.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "Fox News"a verdiyi müsahibədə bildirib.
"O, zəruri hesab etdiyi zaman ABŞ Silahlı Qüvvələrinin öldürücü gücündən və qüdrətindən istifadə etməkdən çəkinmir", - deyə o vurğulayıb.
Mətbuat katibinin sözlərinə görə, cəmi bir neçə ay əvvəl Tehranın əsas təzyiq vasitəsi nüvə proqramı idi, indi isə vəziyyət dəyişib.
"Nüvə proqramı onların ən güclü aktivi olub və Prezident Tramp və ABŞ ordusu onu tamamilə məhv etdilər. Prezident Trampın bundan sonra nə edəcəyini yalnız o bilir", - deyə o əlavə edib.