Bakı. Trend:
Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaların sərtləşdirilməsini və İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağı məsələsini müzakirə edir.
Trend-in məlumatına görə, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Ənvər əl-Anuni deyib.
"İranda sui-istifadə və insan haqları pozuntuları törədənləri hədəf alan hüquqi çərçivəmiz var. İllər ərzində bir sıra təşkilatlar və şəxslər sanksiya siyahılarına əlavə edilib. Bu, artıq tətbiq olunur. Son zamanlar artan zorakılıq fonunda daha sərt tədbirlər təklif etməyə hazırıq", - deyə o bildirib.
O əlavə edib ki, SEPAH nümayəndələri insan haqlarının pozulmasına görə sanksiyalara məruz qalırlar.