Bakı. Trend:
Futbol üzrə Fransa Kubokunun 1/16 finalında "Pari Sen-Jermen" komandası "Paris" klubuna 0-1 hesabı ilə məğlub oldu.
Trend-in məlumatına görə, qolu 74-cü dəqiqədə Conatan İkone vurub.
Qeyd edək ki, PSJ Fransa Kubokunun hazırkı sahibidir və turnirdə ən çox qələbə rekorduna sahibdir. O, 16 dəfə Fransa Kubokunun qalibi olub.