Bakı. Trend:
Xabi Alonso İspaniyanın "Real Madrid" futbol klubunun baş məşqçisi vəzifəsindən azad olunub.
Trend-in məlumatına görə, bu barədə komandanın mətbuat xidməti bildirib.
Məlumata əsasən, müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilib.
Bildirilib ki, Alvaro Arbeloa İspaniyanın "Real Madrid" futbol klubunun yeni baş məşqçisi təyin edilib.
Qeyd edək ki, X.Alonso 2025-ci ilin may ayında "Real Madrid"ə rəhbərlik etməyə başlayıb. Onun müqaviləsi 2027/28 mövsümünün sonuna qədər imzalanmışdı.