Bakı. Trend:
İrandan həyata keçirilən cavab raket hücumu nəticəsində İsraildə həlak olanların sayı 10 nəfərə yüksəlib, təxminən 200 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Trend xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, hazırda 20-yə yaxın şəxs itkin düşmüş sayılır.