...

Azərbaycanın qərb rayonlarına güclü dolu yağıb

Cəmiyyət Materials 15 İyun 2025 11:30 (UTC +04:00)
Azərbaycanın qərb rayonlarına güclü dolu yağıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tovuz, Şəmkir və Gədəbəy rayonlarında intensiv dolu müşahidə olunub.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

İyunun 14-də saat 20:05-dən 20:08-dək Tovuz rayonuna diametri 18 mm olan dolu düşüb. Ertəsi gün – iyunun 15-də isə saat 03:30-03:34 aralığında dolunun diametri 20 mm-ə çatıb. Oxşar intensivliklə dolu saat 04:05-04:08 və 06:45-06:50 radələrində Şəmkir rayonuna da yağıb. Burada dolunun diametri 15-20 mm arasında dəyişib. Gədəbəy rayonunun Xarxar kəndi də dolu yağışından zərər görən ərazilər sırasındadır.

Xəbər lenti

Xəbər lenti