...

Son iki gündə pirotexniki vasitələr satan 8 nəfər saxlanılıb - DİN

Hadisə Materials 22 Dekabr 2025 15:15 (UTC +04:00)
Son iki gündə pirotexniki vasitələr satan 8 nəfər saxlanılıb - DİN
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilir ki, paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 8 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti