...

"Liverpul"un hücumçusu bir neçə ay oynamaya bilər

İdman Materials 22 Dekabr 2025 05:23 (UTC +04:00)
"Liverpul"un hücumçusu bir neçə ay oynamaya bilər

Bakı. Trend:

"Liverpul"un hücumçusu Aleksander İsakda sınıq şübhəsi var.

Trend xəbər verir ki, isveçli futbolçu İngiltərə Premyer Liqasının 17-ci turunda "Tottenhem"ə qarşı oyunda (2:1) qol vurarkən ayağından zədə alıb. Klubda çarpaz bağların zədələnməsi ehtimalının istisna edildiyi bildirilib.

"The Athletic"in məlumatına görə, İsak ayağını sındıra bilər. Bu halda yayda 125 milyon funt-sterlinqə transfer olunan "Liverpul"un hücumçusu bir neçə ay meydana çıxa bilməz.

Xəbər lenti

Xəbər lenti