Bakı.Trend:
Uşaqlar və şagirdlər üçün televiziyalarda ciddi məzmunlara ehtiyac var.
Trend xəbər verir ki, bunu bu gün Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı” Konfransında çıxışı zamanı deyib.
“O qeyd edib ki, bu il ilk dəfə İctimai televiziyada Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Mən, Lalə və Şerlok serialı işıq üzü gördü:
"Burada kifayət qədər media savadlılığı, kibertəhlükəsizlik istiqamətli mesajlar var. Bu istiqamətdə yeni məzmunlara yenə də ehtiyac var".
