...

Türkiyədə “torbaçı” əməliyyatı: xeyli sayda saxlanılan var

Dünya xəbərləri Materials 22 Dekabr 2025 11:54 (UTC +04:00)
Türkiyədə “torbaçı” əməliyyatı: xeyli sayda saxlanılan var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İzmir şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı iri-miqyaslı əməliyyat keçirilib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

İzmirin Səlcuq rayon prokurorluğunun əlaqələndirilməsi ilə İzmir şəhər Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları “torbaçı” adlandırılan, küçələrdə narkotik vasitələr satan şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Reydlər əvvəlcədən müəyyən edilmiş ünvanlarda eyni vaxtda təşkil olunub.

Əməliyyat nəticəsində 18 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti