...

Misli Premyer Liqasında ilin son oyunu Sumqayıtda keçirilib

İdman Materials 22 Dekabr 2025 23:01 (UTC +04:00)
Misli Premyer Liqasında ilin son oyunu Sumqayıtda keçirilib

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasında 2025-2026-cı illər mövsümünün ilk hissəsinə yekun vurulub.

Trend-in məlumatına görə, XVI turun və ilin son oyunu Sumqayıtda eyniadlı komanda ilə “Sabah” arasında keçirilib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçı yeni ildən FIFA referisi kimi fəaliyyət göstərəcək Tural Qurbanov idarə edib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Kəpəz"ə, “Araz-Naxçıvan” “Şamaxı”ya, "Neftçi" "Karvan-Yevlax"a, "Qarabağ" "Qəbələ"yə qalib gəlib, "Zirə" - "İmişli" matçında isə qolsuz heç-heçə qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti