...

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib (FOTO)

Gündəm Materials 22 Dekabr 2025 16:24 (UTC +04:00)
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Əbrəqunus kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.

Trend xəbər verir ki, deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparıb, seçiciləri maraqlandıran sualları cavablandırıb.

Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

Milli Məclisin deputatı, eyni zamanda, Bənəniyar kəndində Birinci Qarabağ müharibəsi şəhidi Hüseynov Şamil Telman oğlunun anası Hüseynova Sona Bayramqulu qızının yas mərasimində də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti