Bakı. Trend:
Avropa ölkələrinin liderləri zəiflik nümayiş etdirir və qərarların qəbulunu uzatmağa meyillidirlər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rumıniya Prezidenti Nikuşor Dan yerli mətbuata müsahibəsində bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqına (Aİ) üzv dövlətlər Ukraynanın maliyyələşdirilməsi ilə bağlı məsələnin razılaşdırılması üçün aylarla mübahisə aparmalı olublar.
Rumıniya liderinin fikrincə, sonda qərar qəbul olunsa belə, Avropa İttifaqı sammitlərində aparılan müzakirələr həddən artıq uzun çəkir.
“Bəzən Avropa qərarları həddindən artıq ləng qəbul edilir”, – deyə o vurğulayıb.
