Bakı. Trend:
Nigeriya və ABŞ ikitərəfli münasibətlərindəki mübahisəli məsələləri əsasən həll edə biliblər.
Trend-in məlumatına görə, bu barədə illik mətbuat konfransında Nigeriyanın informasiya naziri Məhəmməd İdris bildirib.
"Məqsədyönlü və hörmətə əsaslanan dialoq vasitəsilə ABŞ ilə son diplomatik münaqişə əsasən həll edilib və nəticədə ABŞ-Nigeriya tərəfdaşlığı güclənib", - deyə o qeyd edib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Pentaqona Nigeriyadakı xristianları qorumaq üçün güclü tədbirlərə hazırlaşmaq tapşırığını verdiyini və ABŞ-nin yardım göstərməyi və əməkdaşlığı dayandıra biləcəyi barədə xəbərdarlıq etdiyini bildirmişdi.
Lakin, M. İdris həmçinin Vaşinqtonun Nigeriyaya 2,1 milyard dollarlıq humanitar yardım göstərəcəyini və nazirin sözlərinə görə, "hər bir nigeriyalı" bundan faydalanacağını açıqlayıb.