...

Sabahadək “BakuBus”ın daha 3 xəttində NFC texnologiyası tətbiq ediləcək

Gündəm Materials 22 Dekabr 2025 12:48 (UTC +04:00)
Sabahadək “BakuBus”ın daha 3 xəttində NFC texnologiyası tətbiq ediləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Sabahadək “BakuBus”ın daha 3 xəttində NFC texnologiyası tətbiq ediləcək.

Bu barədə Trend-in sorğusuna cavab olaraq "K Group Bakıkart"dan bildirilib.

Məlumata görə, sonradan NFC ödəniş sistemi “BakuBus”a məxsus olan bütün avtobusları əhatə edəcək.

"Test mərhələsi uğurla başa çatdığı təqdirdə, növbəti mərhələdə NFC sistemi digər operatorlara məxsus avtobuslarda da tətbiq olunacaq",-deyə "K Group Bakıkart"dan əlavə edilib.

Qeyd edək ki, Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə dekabrın 20-dən start verilib və layihənin pilot mərhələsi çərçivəsində həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti