...

Venesuelanın suverenliyini müdafiə etməyə hazırdır - Maduro

Dünya xəbərləri Materials 23 Dekabr 2025 00:30 (UTC +04:00)
Venesuelanın suverenliyini müdafiə etməyə hazırdır - Maduro

Bakı. Trend:

Venesuela sülhə sadiqliyini bir daha təsdiqləyir, lakin suverenliyini və ərazi bütövlüyünü qorumağa hazırdır.

Trend-in məlumatına görə, bu barədə Bolivar Respublikasının prezidenti Nikolas Maduronun Latın Amerikası və Karib dənizi ölkələrinin dövlət başçılarına, eləcə də bütün BMT üzv ölkələrinə göndərdiyi məktubda deyilib. Müraciəti Venesuelanın xarici işlər naziri İvan Hil Pinto oxuyub.

"Venesuela sülh arzusunu bir daha təsdiqləyir, eyni zamanda suverenliyini, ərazi bütövlüyünü və sərvətlərini qanuna uyğun olaraq müdafiə etməyə hazır olduğunu tamamilə açıq şəkildə bildirir", - deyə bildirilib.

N. Maduro ABŞ-nin Venesuelaya təzyiqindən danışıb və qeyd edib ki, ABŞ qüvvələri Karib dənizində və Sakit Okeanın şərqində mülki gəmilərə 28 hücum həyata keçirib və nəticədə "104 nəfər məhkəməsiz edam edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti