...

AİB rəqəmsal ticarətin sürətləndirilməsində Azərbaycanı və digər tərəfdaşları dəstəkləyir

İqtisadiyyat Materials 22 Dekabr 2025 11:11 (UTC +04:00)
AİB rəqəmsal ticarətin sürətləndirilməsində Azərbaycanı və digər tərəfdaşları dəstəkləyir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) təşəbbüsünün ikinci mərhələsi — İnteqrasiya olunmuş Ticarət Gündəliyi 2030: rəqəmsal ticarətin sürətləndirilməsi (3-cü alt-layihə) çərçivəsində Azərbaycana, eləcə də Mərkəzi və Cənubi Asiyanın digər ölkələrinə dəstək göstərir.

Trend bu barədə AİB-ə istinadən xəbər verir.

Təşəbbüs ticarət proseslərinin rəqəmsallaşdırılması və transsərhəd əməliyyatların asanlaşdırılması yolu ilə modernləşdirilməsinə yönəlib.

Koreyanın "e-Asia and “Knowledge Partnership Fund” tərəfdaşlıq fondundan ayrılmış 900 min ABŞ dolları məbləğində texniki yardım hesabına maliyyələşdirilən alt layihə elektron ticarət sənədlərinin tətbiqinin sürətləndirilməsini, rəqəmsal ticarət üzrə model qaydalar, prinsiplər və standartlardan istifadənin təşviqini, həmçinin transsərhəd məlumat və ödəniş axınlarının idarə edilməsi sisteminin yaradılmasını nəzərdə tutur.

Layihədə iştirak edən ölkələr sırasında Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistan yer alır.

“AİB-in məlumatına görə, milli rəqəmsal strategiyaların qəbul edilməsinə baxmayaraq, CAREC ölkələrinin bir çoxunda elektron ticarət sənədləri və model standartlar hələ tam tətbiq olunmayıb. Transsərhəd məlumat mübadiləsi, məxfilik, kibertəhlükəsizlik və rəqəmsal ödənişlərin uyğunluğu sahələrində çətinliklər mövcuddur, eləcə də ticarət əlaqəliliyinin infrastrukturu üzrə boşluqlar qalır. Layihə bilik mübadiləsi, pilot layihələr və potensialın artırılması vasitəsilə bu boşluqların aradan qaldırılmasına yönəlib”, – AİB-in məlumatında qeyd olunub.

Təşəbbüsün CAREC ölkələrinin qlobal iqtisadiyyata inteqrasiyasını gücləndirəcəyi, regional ticarətin “yaşıl transformasiya"sını irəli aparacağı və CAREC 2030 İnteqrasiya olunmuş Ticarət Gündəliyi, İqlim Dəyişikliyi üzrə Regional Fəaliyyət Proqramı və İqlim, innovasiyalar və ticarət məsələləri üzrə CAREC tərəfdaşlığına dair Bakı Bəyannaməsi çərçivəsində iqlim həllərini dəstəkləyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti