...

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Hadisə Materials 22 Dekabr 2025 22:35 (UTC +04:00)
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Ağcabədidə iki avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Trend-in yerli bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı avtomobil "VAZ"2106 markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ"da olan 1951-ci il təvəllüdlü Əhmədov Əli Bayramqulu oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

"KİA" markalı avtomobildə olan Həsənova Aynur Mahir qızının xəsarətləri yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb. "KİA" markalı avtomobil 44 günlük Vətən müharibəsi şəhidi Məqsəd Həsənovun ailəsinə məxsusdur və xəsarət alan A.Həsənova şəhidin bacısıdır.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti