...

Paytaxt yollarında yeni svetoforlar quraşdırılıb

Cəmiyyət Materials 22 Dekabr 2025 09:57 (UTC +04:00)
Paytaxt yollarında yeni svetoforlar quraşdırılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən paytaxt yollarında monitorinqlər keçirilərək zəruri yerlərdə yeni svetoforların quraşdırılması işləri davam etdirilir.

Trend xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

Bildirilib ki, piyadaların rahat və təhlükəsiz keçidini təmin etmək üçün növbəti işlər paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində və Səbail rayonu, Bülbül prospektinin Üzeyir Hacıbəyov və Xaqani küçələri ilə kəsişməsində həyata keçirilib. Belə ki:

1. Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində iki dirək üzərində yeni düyməli piyada svetoforları quraşdırılıb.

2. Səbail rayonu, Bülbül prospektinin Üzeyir Hacıbəyov və Xaqani küçələri ilə kəsişməsində yeni nəsil LED işıqlandırma ilə təchiz olunan piyada svetoforları quraşdırılaraq istifadəyə verilib.

Mərkəz tərəfindən bu istiqamətdə işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti