...

İtaliya millisinin üzvü "Fənərbaxça"ya keçə bilər

İdman Materials 22 Dekabr 2025 20:02 (UTC +04:00)
İtaliya millisinin üzvü "Fənərbaxça"ya keçə bilər

Bakı. Trend:

"İnter"in yarımmüdafiəçisi Davide Frattezi karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

"Fənərbaxça" italiyalı futbolçunu transfer etmək istəyir. İtaliya klubu Frattezi üçün 30 milyon avro tələb edir. İstanbul nəhəngi 26 yaşlı oyunçunu yanvar ayında məcburi satınalma bəndi ilə icarəyə götürməyə çalışacaq.

Qeyd edək ki, "İnter" Davide Frattezini 2023-cü ilin yayında "Sassuolo"dan transfer edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti