...

Azərbaycan İtaliya iqtisadiyyatına investisiya qoyuluşunu iki dəfə artırıb

İqtisadiyyat Materials 22 Dekabr 2025 10:59 (UTC +04:00)
Azərbaycan İtaliya iqtisadiyyatına investisiya qoyuluşunu iki dəfə artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın İtaliya iqtisadiyyatına birbaşa xarici investisiyalarının həcmi 118,585 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60,7 milyon dollar və ya 2 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində İtaliyaya yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 5,8% təşkil edib.

2024-cü ilin ilk 9 ayı ərzində Azərbaycandan sözügedən ölkəyə birbaşa xarici investisiyaların ümumi həcmi 57,855 milyon dollara bərabər olmuşdu.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti