...

Yanvar-noyabr aylarında Azərbaycandan Çexiyaya ixrac olunan neftin həcmi açıqlandı

Energetika Materials 22 Dekabr 2025 11:15 (UTC +04:00)
Yanvar-noyabr aylarında Azərbaycandan Çexiyaya ixrac olunan neftin həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar–noyabr aylarında Azərbaycandan Çexiyaya 742,2 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 1 milyon 405 min ton xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 235,4 milyon dollar və ya 24,1 faiz, həcm baxımından isə 178 min ton və ya 11,2 faiz azdır.

Ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan Çexiyaya 1,583 milyon ton neft və neft məhsulları ixrac olunub və bu ixracın ümumi dəyəri 977,6 milyon ABŞ dolları təşkil edib.

Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.

Məlumata əsasən, analoji 2024-cü ilin dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, həcm baxımından isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti