Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hərbi sənayesi ilə əməkdaşlıq edən Çin vətəndaşlarına qarşı sanksiyaların tətbiq olunacağını elan edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, məhdudlaşdırıcı tədbirlər ilin sonunadək qüvvəyə minəcək.
Qeyd edilir ki, sanksiyalar həmçinin Rusiyanın Ukraynaya qarşı xüsusi hərbi əməliyyatını dəstəkləyən və Rusiya təsirinin KİV-lərdə təbliğinə xidmət edən şəxslərə, eləcə də idman karyerasından və cəmiyyətin idmana olan diqqətindən “Rusiya təcavüzünün şöhrətləndirilməsi” üçün istifadə edən idmançılara şamil olunacaq.
