Bakı. Trend:
Tramp administrasiyası xarici diplomatik nümayəndəliklərdə fəaliyyət göstərən 29 səfiri geri çağırıb. Onlara göndərilən məktublarda tutduqları vəzifələrdə xidmət müddətlərinin yanvar ayında başa çatacağı bildirilib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd olunur ki, bütün bu diplomatlar Co Baydenin prezidentliyi dövründə vəzifəyə başlayıblar. Geri çağırılan səfirlərin əksəriyyəti Afrika ölkələrində fəaliyyət göstərib:
ABŞ-nin 13 Afrika ölkəsindəki diplomatik nümayəndəlik rəhbərləri bu barədə bildiriş alıblar. Asiyada isə Vaşinqton altı ölkədəki səfirlərini, o cümlədən Vyetnam və Filippindəki səfirləri geri çağırıb.
