...

ABŞ-ın Venesuelaya qarşı dəniz blokadası şəraitində neft bahalaşır

Dünya xəbərləri Materials 22 Dekabr 2025 07:08 (UTC +04:00)
ABŞ-ın Venesuelaya qarşı dəniz blokadası şəraitində neft bahalaşır

Bakı. Trend:

Karib regionunda gərginliyin yüksəlməsi fonunda dünya neft qiymətləri bazar ertəsi, dekabrın 22-də keçirilən səhər ticarətində artım göstərib.

Trend xəbər verir ki, bu barədə “Reuters” xəbər yayıb.

Bildirilir ki, bazar iştirakçıları Venesuela neftinin tədarükünün məhdudlaşdırılması ehtimalı səbəbindən xammal təklifinin azalacağından narahatdırlar. Bu amil etalon neft növlərinin qiymətlərinin yüksəlməsinə səbəb olub.

İnvestorlar logistika zəncirində yarana biləcək fasilələri və Venesueladan ixracın məcburi dayandırılması fonunda dünya bazarında ağır neft növlərinin qıtlaşması riskini qiymətlərə daxil edirlər.

Nəticədə Brent markalı neftin fyuçersləri 62,48 dollaradək yüksəlib, ABŞ-ın WTI markalı yüngül nefti isə 58,79 dollar səviyyəsinə çatıb.

Xəbər lenti

Xəbər lenti