...

Azərbaycan və ABŞ arasında enerji üzrə birgə fəaliyyətin şaxələndirilməsi dəyərləndirilib

İqtisadiyyat Materials 22 Dekabr 2025 12:12 (UTC +04:00)
Azərbaycan və ABŞ arasında enerji üzrə birgə fəaliyyətin şaxələndirilməsi dəyərləndirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ABŞ ilə Cənubi Qafqaz və Xəzər regionunda həyata keçirilən enerji layihələri, qaz nəqli və bu sahədə birgə fəaliyyətin şaxələndirilməsi imkanlarını müzakirə edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.

“Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Or ilə videokonfrans formatında keçirdiyimiz görüş zamanı Azərbaycan - ABŞ iqtisadi tərəfdaşlığının müxtəlif aspektlərini, enerji və biznes sahəsində əməkdaşlığın strateji əhəmiyyətə malik olduğunu vurğuladıq. Cənubi Qafqaz və Xəzər regionunda həyata keçirilən enerji layihələri, qaz nəqli və bu sahədə birgə fəaliyyətin şaxələndirilməsi imkanlarını müzakirə etdik”, - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti