Bakı. Trend:
Vaşinqton hakimiyyəti ölkə daxilində istehsalı nəzərdə tutulmayan xarici məhsullara tətbiq edilən gömrük rüsumlarının ləğvinə hazırdır.
Trend xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset məlumat verib.
O bildirib ki, müəyyən məsələlər yenidən qiymətləndirilə bilər.
“Məsələn, biz qəhvəni ABŞ tariflərinin əhatə dairəsindən çıxarmaq qərarına gəldik, çünki qəhvə ABŞ-da böyük miqdarda istehsal edilmir”, – deyə Hasset CBS telekanalına müsahibəsində qeyd edib.
Hasset əlavə edib ki, ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymson Qrir tariflərin mümkün ləğvi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi prosesini hazırda əlaqələndirir.