Bakı. Trend:
Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədərək 4 nəfərin ölümünə səbəb olan iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyəvə də amnistiya aktı şamil edilib.
Trend xəbər verir ki, o, bu gün Penitensiar Xidmətin 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində azadlığa buraxılan 20 məhkumdan biri olub.
Qeyd edək ki, E.Kəlbəliyev məhkəmənin qərarı ilə 8 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 5 ilə endirilib.
