...

IFC Türkiyədə dayanıqlı inkişaf və innovasiyalarla bağlı beynəlxalq şirkətə iri məbləğdə kredit ayırıb

Dünya xəbərləri Materials 22 Dekabr 2025 16:18 (UTC +04:00)
IFC Türkiyədə dayanıqlı inkişaf və innovasiyalarla bağlı beynəlxalq şirkətə iri məbləğdə kredit ayırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) məişət texnikası istehsalı üzrə beynəlxalq şirkət olan, bu sahədə qlobal lider sayılan “Beko” ilə 100 milyon avro məbləğində dayanıqlı inkişaf göstəricilərinə bağlı kreditin verilməsini nəzərdə tutan saziş imzalayıb.

Trend bu barədə IFC-yə istinadən xəbər verir.

Qeyd olunur ki, bu kredit “Beko” tarixində bu tipli ilk maliyyələşdirmədir və şirkətə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, istehsal obyektlərinin seysmik dayanıqlığının artırılması, həmçinin Türkiyə üzrə müəssisələrdə tədqiqat və inkişaf (R&D) sahəsinə investisiyalar hesabına innovasiyaların təşviqi imkanı yaradacaq.

“Cəlb olunmuş maliyyə vəsaiti bərpa olunan enerjidən istifadəyə yönəlmiş “Beko”ya məxsus iki günəş elektrik stansiyasının fəaliyyətinin davam etdirilməsini, eləcə də altı istehsal sahəsinin möhkəmləndirilməsini təmin edəcək ki, bu da onların mümkün zəlzələlərin təsirlərinə qarşı davamlılığını artıracaq. Bundan əlavə, vəsait rəqəmsallaşmanın dəstəklənməsi və resurslardan səmərəli istifadəyə töhfə verən, ekoloji cəhətdən effektiv yeni nəsil məişət texnikasının hazırlanması məqsədilə “R&D” sahəsinə yatırılacaq. Bu tədbirlər eyni zamanda kadr potensialının inkişafı və innovasiyaların stimullaşdırılması təşəbbüslərini də əhatə edir ki, bu da Beko-nun qlobal rəqabət qabiliyyətini daha da gücləndirəcək.

Beşillik kreditin məişət texnikası istehsalında dayanıqlı istehsala daha geniş keçidi təşviq edəcəyi və digər türk istehsalçıları üçün ixrac imkanlarının genişlənməsinə töhfə verəcəyi gözlənilir”, – məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti